Molotovkotleti

Favorite films

  • Ran
  • Cinema Paradiso
  • Once Upon a Time in America
  • The Good, the Bad and the Ugly

All
  • Chopper

    ★★★½

  • The Death of Stalin

    ★★★★

  • Of Mice and Men

    ★★★★

  • Cure

    ★★★★

More
Anomalisa

2015

★★★½ Liked Watched

AnomaLisa=cənnətin kraliçası

Kim olmağımızdan asılı olmayaraq həmişə fərqlilik axtarırıq. Amma elə biri yoxdur və sonda həmişə başladığımız yerə geri dönürük — yenidən "onu" axtarmağa davam etmək üçün. Heç bir insan xəyalını qurduğumuz o ideal şəxs ola bilmir. Heç vaxt da ola bilməyəcək. Bir qadının/kişinin bəzən bu filmdəki kimi səsi, bəzən zəka, bəzən gülüşü, bəzən sevinci, bəzən də üzünün kənarındakı yara izi sizi həyəcanlandırar. Axtardığım insan budur deyə, düşünərsən, nə badə elə bir səhvi edərsən, çünki bu zəfərə ən yaxın məğlubiyyətdir.…

Black Mirror: Common People

2025

★★★★ Watched

Seçim illuziyasında olan "Adi İnsanlar"

Texnologiyanın gələcəyi haqqında danışanda çox vaxt fantastik yeniliklərdən danışırıq: "Süni zəka, sonsuz yaddaş, virtual reallıq". Amma gələcək sadəcə texnoloji deyil, eyni zamanda mənəvi, etik çöküşün də başlanğıcı ola bilər. Gün-gündən vəhşiləşən kapitalizm çağında tibbin və tibbi avadanlıqların artıq insan sağlamlığının qayğısına qalmaqdan daha çox biznes vasitəsinə çevrildiyini görürük. Amanda həyatla ölüm arasında qalan müəllimə, həyat yoldaşı Mayk isə onun yaşaması üçün özünə uzaq şeyləri edən insan modelinə bürünür. Əslində, həyat bir "free trial" dönəminə çevrilib.…

More
La La Land

2016

★★★★½ Liked 2

Ölürəm sevgili canan mənə bir bankə qatıq ver,
Üzübdür mədəmi hicran mənə bir bankə qatıq ver.

İlk 10 dəqiqə ərzində özümü sorğuladım ki, "bu filmə baxmağa, doğurdanda, əminsən?". Dünən bitirməyimə baxmayaraq hələ də təsirindəyəmsə, deməli, heç də vaxt itkisi adlandırmaq olmaz. Ssenarisini yerdən-göyə qədər tənqid etmək, stress çarxına çevirmək olar və hardasa da haqları var. 1 cümləlik ifadə edilməsi olsa, filmimiz-Caz ifaçısı Sebastian və aktrisa Mianın enişli-yoxuşlu sevgi macəralarından bəhs edir və xəyallara gedən yolda sevginin qurban verilməsi lazımdırmı sualına…

Poor Things

2023

★★★½ 6

"Frankenşteynin Erotik Salnaməsi"


Oscar mükafatının təqdimetmə mərasimində Emma Stone mükafatını alarkən (sonuna qədər layiqdir) 3 yaşlı qızına sevgilərini çatdırırdı. Mənə maraqlıdır ki, öz qızının, uşaq saflığı və ağlı ilə, yetkin qadın bədənində kişilərlə "tək qapı" oynaması fikrinə necə baxardı? (Çünki məzmun bundan ibarətdir) Bu film, əksinə, bir uşağın bədəninə yerləşdirilən qadın beyni ilə çəkilsəydi, süjet xətti cinsi istismar və pedofiliya kimi qiymətləndirilməzdimi?

Bəli, film çox axıcıdır. Vizual görüntüləri, aktyor performansları, musiqiləri, avanqard estetikası, kamera hərəkətləri, seçilən məkanlar göz qamaşdırıcıdır. Təsvir…

499