Letterboxd 5019o Könül Bəndiyeva https://letterboxd.sitesdebloques.org/konul/ Letterboxd - Könül Bəndiyeva Good Will Hunting 661z6n 1997 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/good-will-hunting/ letterboxd-watch-897493946 Sun, 25 May 2025 17:14:00 +1200 2025-05-25 No Good Will Hunting 1997 4.5 489 <![CDATA[

4v291o

Watched on Sunday May 25, 2025.

]]>
Könül Bəndiyeva
Varda by Agnès 3o86t 2019 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/varda-by-agnes/ letterboxd-review-892461807 Tue, 20 May 2025 21:27:17 +1200 2025-05-19 No Varda by Agnès 2019 4.0 554967 <![CDATA[

Sinemanın nənəsi Agnes'in artıq 90 yaşı var və bu filmi ilə öz izləyicilərinə vəda edir. Filmin sonunda bizimlə sağollaşanda içimdə həqiqətən, bir qopuqluq hiss etdim, sanki öz doğma insanımı itirmişəm kimi. Yəqin ki Agnesi mənim üçün digər rejissorlardan fərqləndirən daha çox sənədli filmlər çəkməsi, fərqli-fərqli hekayələri onun öz səsindən eşitməyim, onunla yanaşı səyahətlərə çıxmış kimi olmağım oldu.
Bu film Agnes'in daha öncəki filmlərinin və yaradıcılığının öz dilindən eşitdiyimiz qısa icmalı kimidir. Fotoqrafiya ilə başladığı sənət dolu yaşamına sonralar həmçinin rejissor kimi də davam edir, sənədli filmlərlə yanaşı sənət filmləri də çəkmiş olur. Hətta mən Agnes'i daha çox sənət filmləri ilə tanımağı və xatırlamağı arzulayardım. Bəzi filmlərini təəssüflər olsun ki, tapıb izləyə bilməmişəm, ümid edirəm ki, nə zamansa bu fürsəti əldə edə bilərəm. Bu təəssüf hissini rejissor öz filmləri haqqında qısaca danışanda daha çox duydum.

]]>
Könül Bəndiyeva
Vertigo 1v6y56 1958 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/vertigo/ letterboxd-review-888010640 Wed, 14 May 2025 18:44:50 +1200 2025-05-14 No Vertigo 1958 4.5 426 <![CDATA[

Hitchcock'la ilk tanışlığım bu filmlə oldu

Rejissor izləyicini filmin əvvəlindən sonuna qədər gərgin şəkildə saxlamağı yaxşı bacarır. Düzü, film son yarım saatında mənə daha maraqlı və həyəcanlı gəlməyə başladı, hekayə axını daha məntiqli şəkildə irəliləməyə başladı, türklərin "tersköşe" dediyi şey baş verdi və bu məni təəccübləndirdi. Psixoloji yönündən də bir çox şey çatdırmaq istəyən bir filmdir. Yarım xalı sonluğun sönük, absurd qalması və sanki tez-tələsik "çəkək bitsin" kimi olmasına görə kəsdim

]]>
Könül Bəndiyeva
Look Back 2f4q1m 2024 - ★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/look-back-2024/ letterboxd-watch-886528057 Mon, 12 May 2025 22:30:02 +1200 2025-05-12 No Look Back 2024 3.5 1244492 <![CDATA[

Watched on Monday May 12, 2025.

]]>
Könül Bəndiyeva
Cha Cha Real Smooth 3363y 2022 - ★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/cha-cha-real-smooth/ letterboxd-watch-884840996 Sun, 11 May 2025 05:57:06 +1200 2025-05-10 No Cha Cha Real Smooth 2022 3.5 814340 <![CDATA[

Watched on Saturday May 10, 2025.

]]>
Könül Bəndiyeva
One Flew Over the Cuckoo's Nest 533e51 1975 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/one-flew-over-the-cuckoos-nest/ letterboxd-review-883895702 Sat, 10 May 2025 03:21:22 +1200 2025-05-09 No One Flew Over the Cuckoo's Nest 1975 4.0 510 <![CDATA[

Jack Nicholson 🔥

]]>
Könül Bəndiyeva
Faces Places 3q2e6 2017 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/faces-places/ letterboxd-review-882599309 Thu, 8 May 2025 07:41:45 +1200 2025-05-07 No Faces Places 2017 4.0 451995 <![CDATA[

Axx, canım Agnes, səni kədərli görmək məni də incitdi...
Son filmlərindən biri hesab edilən bu filmdə Agnes nənəmizin artıq 88 yaşı var və fotoqraf JR ilə maraqlı bir səyahətə çıxıb yenə də yeni və sadə insanlar axtarışındadır. Agnes mənə o qədər doğma gəldi ki, sanki o öz filmlərində və filmləri ilə yaşlandıqca, mən də onunla yanaşı böyümüş oldum. Agnes gözlərimizin önündə yaşlandı, saçları ağardı, üzünə, əllərinə qırışlar yayıldı, gözləri zəiflədi və bulanıq gördü. JR onun gözlərinin və ayaqlarının şəkillərini vaqonlara yapışdırmaqla Agnes'in səyahətinin ömrünü uzadır, artıq Agnes'in əvəzinə onun gözləri və ayaqları daha çox yer gəzib, daha çox insan tanımağa davam edəcəklər..
Bir zamanlar yaxın dostu hesab etdiyi Jean Luc Godard Agnes'imizi incitdi, qəlbini qırdı. O ağlayanda mənim də gözlərim doldu..

]]>
Könül Bəndiyeva
Jeanne Dielman 3x6g54 23, quai du Commerce, 1080 Bruxelles, 1975 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/jeanne-dielman-23-quai-du-commerce-1080-bruxelles/ letterboxd-review-880889382 Tue, 6 May 2025 06:20:50 +1200 2025-05-05 No Jeanne Dielman, 23, quai du Commerce, 1080 Bruxelles 1975 4.5 44012 <![CDATA[

Chantal Akerman bu filmlə feminist sinemaya bir çox yenilik gətirmişdir. Filmdə Jeanna Dielman adlı evdar qadının gündəlik rutin yaşamının üç gününə şahid oluruq. Zaman-zaman izləyici sıxıla bilir, çünki elə məqsəd də real həyatda da sıxıcı olan gündəlik ev işlərinin, qadınların bu işləri görməsinin görməzdən gəlinməməsi, qadının əməyinin göz ardı edilməməsi və bütün bu işlərə detallarına qədər nəzər yetirilməsi üçün bizə göstərilməsidir. Film əslində digər insanlar, əsasən də, kişilər tərəfindən qadının əzəldən bəri borcu hesab edilən ev işlərinin heçə sayılması, bütün bunların ümumiyyətlə iş, əmək olaraq qəbul edilməməsi və qadının daha çox da evin mətbəxi ilə bir növ eyniləşdirilməsi, obyektləşdirilməsi məqamı üzərində dayanır və bunu su üzərinə çıxarır. Filmdə dialoq demək olar ki yox dərəcəsindədir, yalnız monoloqlar var deyə bilərik, çünki qarşılıqlı söhbət üçün şərait yarandığı zaman belə tərəflərdən biri yalnız susub qarşı tərəfi dinləyir və ya dinləyirmiş kimi görünür. Filmdə daha çox gündəlik yaşamın səslərini eşidirik, Jeanne ev işlərini gördüyü zaman yaranan səsləri, qabları yuyarkən suyun səsini, qablarını silib yerlərinə qoyarkən qabların səsini, oğlunun ayaqqabısını təmizləyərkən fırçanın səsini eşidirik, qəhrəmanın öz səsi əvəzinə onunla həmahəng olan işlərin, əşyaların səsləri eşidilir. Oğlu Sylvian'ın anasına qarşı saymazyanalığı, ona demək olar ki heç bir işdə kömək etməməsi məni ən çox qıcıqlandıran məqam oldu.

Film analizi

]]>
Könül Bəndiyeva
Monkey Man k3f55 2024 - ★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/monkey-man/ letterboxd-watch-878644005 Sat, 3 May 2025 23:48:36 +1200 2025-05-03 No Monkey Man 2024 3.5 560016 <![CDATA[

Watched on Saturday May 3, 2025.

]]>
Könül Bəndiyeva
Women Talking 1t403w 2022 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/women-talking/ letterboxd-review-877738246 Sat, 3 May 2025 00:37:32 +1200 2025-05-02 No Women Talking 2022 4.0 777245 <![CDATA[

Filmdə bəzi gerçəkliyə məntiqi olaraq uymayan məqamlar olsa da, haradasa utopik bir tərzə sahib olsa da, qadın azadlığı, qadınların onlara qarşı olunan zorakılıq və şiddətin fərqində olub bu problemi necə həll etmək üzərində birlik olub düşünmələri, öz haqq və hüquqlarına görə səs vermələri, qərar qəbul etmələri, başlarına gələn hadisələrin onları bir araya toplaması və bir-birilərini dərindən hiss edib anlamaları, bir-birilərinin dərdinə yanmaları kimi nüanslar çox gözəl işlənib. Duyğulandığım, gözlərimin dolduğu səhnələr, söhbət və dialoqlar çox oldu.
Sadəcə filmdə gördüyümüz yeganə yetkin kişi xarakteri olan Augustun daha feminen bir obraz kimi göstərilməsi mənə doğru gəlmədi nədənsə.

Əgər Tanrı sevgi dolu bir Tanrıdırsa, bizi bağışlayacaq. Əgər Tanrı kinli bir Tanrıdırsa, bizi öz surətində yaratdı. Tanrı hər şeyə qadirdirsə, onda niyə bu koloniyanın qadınlarını və qızlarını qorumadı?

Uşağımı pislikdən qoruyaraq və bir başqasına zərər verməsin deyə o pisliyi məhv edərək günah işləmişəmsə məni öldürməsi üçün Tanrıya meydan oxuyacağam!

Azadlıq yaxşıdır. Köləlikdən daha yaxşıdır. Bağışlamaq yaxşıdır. İntiqamdan daha yaxşıdır. Və bilinməyənə ümid bəsləmək, tanış olana duyulan nifrətdən daha yaxşıdır.

Heç nə etməmək, qalıb mübarizə aparmaq və ya getmək. İnsan çox zaman öyrəşdiyi, alışdığı, ona doğma olan insandan, məkandan, davranış şəklindən qopub ayrıla bilmir. Bu alışılmış olanlar ona nə qədər əzab versə də, onu həm fiziki, həm də mənəvi olaraq incitsə də ona doğma gələndən, əzəldən bəri bildiyi və etibarlı, güvənli hiss etdiyi yerdən, insandan qopub getmək yeni və bilinməz olanı görüb tanımaqdan daha komfortlu hiss etdirir. Qadınlar doğulub böyüdükləri koloniyada uşaqlıqdan bəri kişilərin işgəncə və təcavüzlərinə məruz qalsalar da, yanlış inanclar vasitəsilə aldadılsalar da, yad kişilər tərəfindən hamilə buraxılıb uşaqlarının atalarının kim olduqlarını bilməsələr də, yenə də getmək seçimi qarşısında tərəddüd içərisində olurlar. Çünki getmək aktı əslində düşündüyümüz və istədiyimiz qədər asan bir şey deyildir, bilinməz olan insanı qorxudur. Koloniyada olan qadınların da oxuma və yazma bilmədiklərini, hətta olduqları ərazinin harada yerləşdiyini, xəritəni və hara getməli olduqlarını belə bilmədiklərini nəzərə alsaq getmək, öz torpaqlarını tərk etmək variantını seçib buna əməl etmək daha da mürəkkəb bir hal alır. Digər tərəfdən də qadınların ailəyə, oğlan övladlarına sahib olmaları, öz həyat yoldaşlarını - onlar nə qədər qəddar, təcavüzkar olsalar, qadınlara şiddət göstərsələr belə tərk edib getmək, onları bir daha görə bilməmək düşüncəsi də onlara əzablı gəlir. Filmdə də qeyd olunur ki, kişilər qadınların özlərinə olan inamlarını onların əllərindən alıblar, bu inamı və gücü özlərində yenidən tapıb özlərini və uşaqlarını sonralar da baş verə biləcək təhlükələrdən qorumaq və bu yolda addım atmaq onların qələbəsidir deyə bilərik.

]]>
Könül Bəndiyeva
Perfect Blue 302f3f 1997 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/perfect-blue/ letterboxd-watch-876845763 Fri, 2 May 2025 00:27:34 +1200 2025-05-01 No Perfect Blue 1997 4.5 10494 <![CDATA[

Watched on Thursday May 1, 2025.

]]>
Könül Bəndiyeva
Agnès Varda 3f1uf From Here to There, 2011 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/agnes-varda-from-here-to-there/ letterboxd-review-876081907 Thu, 1 May 2025 00:13:18 +1200 2025-04-30 No Agnès Varda: From Here to There 2011 4.5 76372 <![CDATA[

Beş hissəli bu sənədli filmində Agnes ölkə-ölkə, diyar-diyar gəzərək müxtəlif ölkələrin mədəniyyəti və bu mədəniyyətlərin incəsənət sahələrində təzahür şəkilləri, ifadə üsulları ilə tanış olur və bizi də rəngarəng, fərqli incəsənət dünyaları, sənət insanları ilə tanış edir. Agnesin sənədli filmləri bizə çox şeyi öyrədir, üzümüzə yeni qapıları açır, əksərən də bizi kinematoqrafiya, rəsm, heykəltaraşlıq sahələri ilə yaxından tanış edir, müxtəlif rəssamlar, vizual sənətçilər və kolleksionerlər ilə ekran vasitəsilə olsa da ünsiyyət qurmağımıza, onların yaradıcılıqları haqqında düşüncələrini dinləyib bilməyimizə şərait yaradır. Həqiqətən, Agnes özü də bir "toplayıcı" və ya kolleksionerdir demək olar. O da Avropa və Amerikanın bir çox hissəsini dolaşıb həm özü, həm də izləyiciləri üçün maraqlı məlumatlar, xatirələr, əşyalar toplayır. Bu sənədli filmdə diqqətimi çəkən izlədikcə insanda "əslində incəsənət nədir? Biz nəyə incəsənət deyə bilərik? Biz nələri incəsənət nümunəsi hesab edə bilərik?" kimi sualların yaranması oldu. Agnes müxtəlif ölkələrdə baş tutan sərgilərə getməklə, orada nümayiş olunan kompazisiyaları bizlərə də təqdim etməklə, bu kompazisiyaların müəllifləri ilə söhbət etməklə məndə incəsənətlə bağlı bu sualların yaranmasına səbəb oldu. Bu kimi suallardan da incəsənətdə "yorum", şərh kimi məqamlar ortaya çıxır. Hər hansısa bir əşya, obyekt əslində biz ona bir anlam, məna qatanda, yükləyəndə incəsənət əsəri kimi təqdim oluna bilir, yaxud da sözü gedən əşya hər hansı bir muzeydə sərgiləndiyi, nümayiş olunduğu zaman artıq "gündəlik əşya" olmaqdan uzaqlaşır, bir dəyər, məna kəsb etmiş olur. Anlamlandırma faktoru özünü canlı performans nümunələrində daha çox göstərir. Performans sənətçiləri və ya rəssamlar yaratdığı, nümayiş etdirdikləri əsərlər haqqında danışanda, onlarda başqalarının görmədikləri, duymadıqları anlamları izah edəndə bizə bəzi şeylər aydın olur və əslində hər kəsin hər bir nəsnəyə eyni duyğu və anlamları yükləmədiyini anlayırıq. Bizim üçün çox anlaşılmaz və gərəksiz kimi görünən hər hansı bir yaradıcılıq nümunəsi onu yaradan insana görə əslində çox şey ifadə edir.
İzlədikcə daha öncədən adlarını belə eşitmədiyim sənət adamlarını tanıdım, həqiqətən, bir çoxlarının bəşəriyyətə, insanlığa vermək istədikləri mesajlar çox dərin işlənib və mənə də çox maraqlı oldu. Avropa və Amerikanın bir çox muzeylərini virtual olaraq da olsa gəzmiş kimi oldum.
Sonlara doğru Agnes bizə ölümün də var olduğunu, hər insanın ölümlü varlıq olduğunu da Meksikadakı ənənələr vasitəsilə xatırladır. İzləyin 🙂

]]>
Könül Bəndiyeva
I'm Still Here p5u5c 2024 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/im-still-here-2024/ letterboxd-watch-873726690 Mon, 28 Apr 2025 02:19:32 +1200 2025-04-27 No I'm Still Here 2024 4.0 1000837 <![CDATA[

Watched on Sunday April 27, 2025.

]]>
Könül Bəndiyeva
Turning Red 6g3358 2022 - ★★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/turning-red/ letterboxd-review-871015132 Fri, 25 Apr 2025 00:01:53 +1200 2025-04-24 No Turning Red 2022 5.0 508947 <![CDATA[

Yadımdadır ki 2022-ci ildə bu animasiya kinoteatrda yayımlananda mən kinoteatrda nəzarətçi işləyirdim, ən kiçik zalda nümayiş etdirilirdi və mən hər dəfə zala nəzarət etmək üçün daxil olanda hissə-hissə izləyə bilirdim. Animasiyanı valideynləri ilə birlikdə izləməyə gələn uşaqlara baxanda, onlar ekranda qırmızı pandanı görüb sevinəndə mən də onlarla birlikdə sevinirdim, elə bil uşaqlaşırdım. Ona görə də animasiyanı izləmək məndə nostalji hisslər yaratdı. Qəribədir, animasiyalar bizə filmlərdən daha gözəl və dərin mesajlar ötürür, ona görə də sırf uşaqlar üçündür deyə bilmərik, çünki uşaqlar daha çox vizual, əyləncə yönünü görəndə, biz böyüklər bunlarla yanaşı lazımlı nəticələr də çıxarırıq. Turning Red 13 yaşlı yeniyetmə qızın bir növ öz kimliyini kəşf etməyə doğru addım atması, özünü olduğu kimi qəbul edib sevməsi və bu yolda anasının istədiyi kimi "daim mükəmməl" olmaq məcburiyyətində olmadığını anlamasıdır. Meilin Lee həmişə valideynlərinin, əsasən də anasının ondan istədiyi kimi mükəmməl bir övlad, məktəbdə isə nümunəvi bir şagird olur. Lakin an gəlir ki o özünü həqiqətən kəşf etməli, əslində kim olduğunu, özünü nə zaman və hansı hallarda xoşbəxt və həqiqi hiss etdiyini anlamalı, tapmalı olur. Bu prosesdə o öz anası ilə, onun arzuları ilə toqquşmalı olur. Bu münaqişə əslində ailədə nəsillər boyu davam edən adət-ənənənin və bu adətlərin bir fərd kimi insana, onun həqiqi şəxsiyyətinə vurduğu zərbənin üzə çıxmasına səbəb olur.
Meilin Lee'in anası ilə münasibətində özümlə anamı görmüş kimi oldum. O 13 yaşında bu sərhəddi müəyyən etməyə, anasının hədsiz dərəcədə narahatedici nəzarətindən, kontrolundan qurtulmağa, öz arzu-istəklərini müəyyən edib onlara çatmağa çalışarkən mən 26 yaşımda hələ də bu mövzuda cəsarətsiz davranıb onu incitməkdən qorxuram. Amma burada da deyildiyi kimi "mükəmməl olmağa məcbur deyilik, hər birimizin içində bir canavar var. Əsas olan qaranlıq tərəfimizi də qəbullanıb yaşamaqdır"..

Musiqiləri də ki öz yerində. 4-Town qrupu realda olmasa da izləyəndən sonra mahnılarını oxumağa başlayırsan.

]]>
Könül Bəndiyeva
Come and See 3b2m33 1985 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/come-and-see/ letterboxd-review-870357909 Thu, 24 Apr 2025 03:58:28 +1200 2025-04-23 No Come and See 1985 4.5 25237 <![CDATA[

Любить...Иметь детей...

Flyora'nın üz ifadələri, müharibənin bütün dəhşəti onun simasında əks olunmuşdu sanki. Final səhnəsi daha tükürpədici və yaddaqalan idi.

Lacrimosa

]]>
Könül Bəndiyeva
The Beaches of Agnès 5q1o44 2008 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/the-beaches-of-agnes/ letterboxd-watch-869311593 Tue, 22 Apr 2025 19:54:52 +1200 2025-04-22 No The Beaches of Agnès 2008 4.0 38879 <![CDATA[

Watched on Tuesday April 22, 2025.

]]>
Könül Bəndiyeva
The Vanishing Lion 3j3s37 2003 https://letterboxd.sitesdebloques.org/konul/film/the-vanishing-lion/ letterboxd-watch-866513988 Sun, 20 Apr 2025 07:11:03 +1200 2025-04-19 No The Vanishing Lion 2003 139426 <![CDATA[

Watched on Saturday April 19, 2025.

]]>
Könül Bəndiyeva
The Brutalist d6e2s 2024 - ★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/the-brutalist/ letterboxd-watch-865035606 Fri, 18 Apr 2025 18:10:34 +1200 2025-04-18 No The Brutalist 2024 3.5 549509 <![CDATA[

Watched on Friday April 18, 2025.

]]>
Könül Bəndiyeva
Talk to Me 704ms 2022 - ★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/talk-to-me-2022/ letterboxd-watch-863430010 Wed, 16 Apr 2025 18:33:30 +1200 2025-04-16 No Talk to Me 2022 3.0 1008042 <![CDATA[

Watched on Wednesday April 16, 2025.

]]>
Könül Bəndiyeva
Top Gun 52523k Maverick, 2022 - ★★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/top-gun-maverick/1/ letterboxd-review-862731805 Tue, 15 Apr 2025 22:39:09 +1200 2025-04-15 Yes Top Gun: Maverick 2022 5.0 361743 <![CDATA[

İkinci dəfə izləməyimə rəğmən yenə tüklərim biz-biz oldu, yenə də duyğulandım...

Əsas olan təyyarə deyil, onu idarə edən pilotdur.

Mahnıları da insanı 80-90'lara aparır ✨

]]>
Könül Bəndiyeva
The Gleaners and I 174a3l Two Years Later, 2002 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/the-gleaners-and-i-two-years-later/ letterboxd-watch-861051254 Mon, 14 Apr 2025 02:02:34 +1200 2025-04-13 No The Gleaners and I: Two Years Later 2002 4.0 84026 <![CDATA[

Watched on Sunday April 13, 2025.

]]>
Könül Bəndiyeva
Flow 1c6h3c 2024 - ★★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/flow-2024/ letterboxd-review-859913615 Sat, 12 Apr 2025 18:58:44 +1200 2025-04-12 No Flow 2024 5.0 823219 <![CDATA[

Bu animasiya heyvanlar haqqında çəkilmiş və heyvanların insanlar kimi dil açıb danışmadığı ilk animasiya ola bilər. Animasiyadakı bütün heyvanlar sadəcə öz səsləri və jestləri ilə duyğularını bizlərə də çatdırırlar. İnsan kimi danışmasalar da, onları çox yaxşı anlayırıq. Animasiya işi olaraq çox maraqlı və fərqli gəldi mənə. Sanki real kamera çəkilişləri ilə hazırlanmış idi, çünki mən izlədikcə orada sanki kameranın hərəkət etdiyini hiss edirdim. Mövzusuna gəlincə sağ qalma uğrunda mübarizə və bu zaman özünlə yanaşı başqalarını da düşünmə, onlar üçün də savaşma hissini ötürdü. Əslində burada heyvanlar bir metafora kimi istifadə edilib. Burada fərqli millətlərdən, irqdən, dinlərdən olan insanların da birlikdə yaşam mübarizəsi göstərilə bilərdi, düşünürəm ki animasiyanın çatdırmaq istədiyi ideya, mesaj nəticə etibarilə eynidir. Nə qədər fərqli mühitlərdən, ailələrdən, sosial çevrədən gəlmiş olsaq da söhbət sağ qalmaqdan gedəndə bir-birimizə kömək etməyi bacarmalıyıq.

]]>
Könül Bəndiyeva
Bones and All b5s12 2022 - ★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/bones-and-all/ letterboxd-watch-859136438 Fri, 11 Apr 2025 18:40:49 +1200 2025-04-11 No Bones and All 2022 2.5 791177 <![CDATA[

Watched on Friday April 11, 2025.

]]>
Könül Bəndiyeva
The Northman 436k6p 2022 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/the-northman/1/ letterboxd-review-857334437 Wed, 9 Apr 2025 07:22:50 +1200 2025-04-08 Yes The Northman 2022 4.5 639933 <![CDATA[

Alexander Skarsgard 🔥

I will avenge you, Father!
I will save you, Mother!
I will kill you, Fjolnir!

]]>
Könül Bəndiyeva
The Gleaners and I 174a3l 2000 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/the-gleaners-and-i/ letterboxd-review-856279800 Mon, 7 Apr 2025 23:13:18 +1200 2025-04-07 No The Gleaners and I 2000 4.5 44379 <![CDATA[

Agnes sənədli filmləri elə maraqlı şəkildə çəkib bizə təqdim edir ki, mövzu haqqında heç bir məlumatın olmasa da və ya mövzu sənə öncədən maraqlı gəlməsə də, filmi başdan sona qədər zövqlə izləyirsən. Bu filmdə də Fransanın toplayıcılıqla məşğul olan insanlarını göstərir. Bu ənənənin əsrlər öncə başlaması və davam etməsi, hətta toplayıcılıqla bağlı qanunların yazılı olduğu kitabın belə olması, rəssamların bu məşğuliyyəti öz əsərlərində də təsvir etmələri tamaşaçıya göstərilir. Bəzi səhnələrdə düzənsizlik və qarışıqlığın məndə yaratdığı anxiety nəzərə alınmasa xoşuma gəldi. Filmdə həmçinin ekologiyanın qorunması mövzusuna da toxunulur və toplayıcılar demək olar ki, əsas olaraq ifratçılıq və israfçılıqla mübarizə aparırlar.Filmdə göstərilən başlıca məqam əslində istehsal zamanı çox sayda meyvə, tərəvəz, qida və əşya artıqlarının, tullantıların olması və bunların lazımsız əşya, zibil kimi atılması, bununla da istehsalçıların, şirkətlərin artıq dərəcədə israfa yol verməsidir. Agnes də öz "Toplayıcıları" ilə bizə, insanlığa israf etməməyi, hər bir xırda əşya və ya qidadan da yararlanmağı bir növ tövsiyə edir.

]]>
Könül Bəndiyeva
The Wild Robot 6w211 2024 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/the-wild-robot/ letterboxd-watch-854184704 Sat, 5 Apr 2025 21:55:23 +1300 2025-04-05 No The Wild Robot 2024 4.0 1184918 <![CDATA[

Watched on Saturday April 5, 2025.

]]>
Könül Bəndiyeva
A Working Man 554c48 2025 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/a-working-man/ letterboxd-watch-853568823 Sat, 5 Apr 2025 07:04:59 +1300 2025-04-04 No A Working Man 2025 4.0 1197306 <![CDATA[

Watched on Friday April 4, 2025.

]]>
Könül Bəndiyeva
Anora 2j2b4m 2024 - ½ https://letterboxd.sitesdebloques.org/konul/film/anora/ letterboxd-review-851999777 Thu, 3 Apr 2025 01:26:55 +1300 2025-04-02 No Anora 2024 0.5 1064213 <![CDATA[

İlk film ola bilər ki sona qədər izləmədim, iki gündür ki boş filmlərə görə zamanımı xərcləyirəm. Belə bir film necə Oskar ala bilir, anlamıram. Çox boş və gərəksiz bir filmdir🤦🏻‍♀️

]]>
Könül Bəndiyeva
X 5g5yu 2022 - ★★ https://letterboxd.sitesdebloques.org/konul/film/x-2022/ letterboxd-watch-851402425 Wed, 2 Apr 2025 05:27:28 +1300 2025-04-01 No X 2022 2.0 760104 <![CDATA[

Watched on Tuesday April 1, 2025.

]]>
Könül Bəndiyeva
The Batman 3d62l 2022 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/the-batman/2/ letterboxd-review-851198714 Tue, 1 Apr 2025 21:00:56 +1300 2025-04-01 Yes The Batman 2022 4.5 414906 <![CDATA[

Something in the way

]]>
Könül Bəndiyeva
One Hundred and One Nights 1t1g48 1995 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/one-hundred-and-one-nights/ letterboxd-review-847647401 Sat, 29 Mar 2025 01:01:57 +1300 2025-03-28 No One Hundred and One Nights 1995 4.5 94771 <![CDATA[

Agnes'in filmlərində ən çox diqqətimi çəkən və sevdiyim nüans rənglər olur çox zaman. Bu filmdə də rənglər göz oxşayırdı. Bundan əlavə film başdan sona sinema, kinematoqrafiya tarixinin qısa bir icmalı kimi çəkilib. Simon Cinema'nın malikanəsi sinema, kino muzeyidir sanki. Otaqların divarlarında filmlərin posterləri, evin içərisində olan aktyor və rejissor mankenləri - sinefillərdə öz evlərini də belə bir muzey halına salmaq istəyi yaradır. Filmdə bir çox məşhur rejissorların adları çəkilir, filmlərdən səhnələr təqdim olunur, alıntılar, replikalar səsləndirilir, bir çox aktyor və aktrisaları isə filmin özündə görürük. Həqiqətən, Agnes sinema tarixinin bəzi məşhur simalarını öz filmində bir araya gətirməklə fikrimcə böyük bir iş görmüşdür. Sinemanın baniləri olan Lumiere qardaşları, İtaliya, Fransa, Yaponiya, Hollywood filmlərinin məşhur, sevilən simaları ilə qarşılaşır və ya adlarını eşidirik..

]]>
Könül Bəndiyeva
Challengers 254062 2024 - ★★★★½ (contains spoilers) https://letterboxd.sitesdebloques.org/konul/film/challengers/ letterboxd-review-846170951 Wed, 26 Mar 2025 21:14:40 +1300 2025-03-26 No Challengers 2024 4.5 937287 <![CDATA[

This review may contain spoilers.

Tashi is a bitch

Filmin psixoloji məzmunu çox maraqlı idi. Adi action və ya sevgi uğrunda mübarizə filmi kimi yanaşmadım izləyərkən. Art və Patrick ayrı-ayrı xarakterlər idilər və onların Tashi'ə olan münasibətləri də özlərinə görə fərqli idi. Tashi Art'da öz analıq hissini, yönləndirmə, idarəetmə bacarığını, istəyini kəşf edərkən, Patrick'lə nə qədər sözlü mübahisə etsə də, toqquşsa da onun axınına qapılır və özünü ona təslim edirdi. Birində uşaq, digərində isə onunla tərs düşən amma güclü, öz sözünü deyə bilən bir kişini tapmışdı. Art tabe olurdu, Patrick isə kor-koranə tabe olmadan, rəğbət bəsləmədən davam edən bir münasibət istəyirdi. Tashi isə həm sevilməyi, mərkəzdə olmağı arzulayır, həm də qadın olaraq arzuolunan olmasını istəyirdi. Ona görə də nə Artdan nə də Patrickdən qopa bilmirdi. Əslində Patrick'ə "sən eqoistsən" deyəndə elə hər kəsdən daha çox eqoist davranan özü idi, bir növ Patricklə eyni insanlar olduqları üçün də aralarında toqquşma yaşanırdı, amma bu mübahisələr onlarda bir-birilərinə qarşı güclü ehtiras da oyadırdı.
Filmi bəyəndim, sonluğu da gözəl oldu, məncə. Sonda yenə dostluq qazandı. Tashi isə öz qalib olma ehtirasına yenilib dostların arasını vurmuşdu, filmin sonunda da "Come on!" deyə qışqırması yenə də içindəki rəqabət, qalib gəlmə ehtirasının onun üçün bütün dəyərlərdən önəmli olduğunu göstərir.

Filmin musiqiləri və kamera hərəkətləri möhtəşəm idi. Hələ son yarışda oyuna hərəkət edən tennis topunun baxış bucağından baxmağımız bir ayrı zövq verdi.

]]>
Könül Bəndiyeva
Glass Onion 6w733c 2022 - ★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/glass-onion/ letterboxd-watch-844657734 Mon, 24 Mar 2025 23:57:18 +1300 2025-03-24 No Glass Onion 2022 3.0 661374 <![CDATA[

Watched on Monday March 24, 2025.

]]>
Könül Bəndiyeva
The Worst Person in the World 68v1h 2021 - ★★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/the-worst-person-in-the-world/1/ letterboxd-review-843408502 Sun, 23 Mar 2025 18:30:14 +1300 2025-03-23 Yes The Worst Person in the World 2021 5.0 660120 <![CDATA[

Ən çox sevdiyim filmlər içərisində birinci yeri tutan bu filmi üçüncü dəfədir ki izlədim. İlk iki dəfə elə yayımlandığı il kinoteatrda izləmişdim (təəssüf ki rus dilində izləməli oldum). Bu dəfə orijinal dilində eşidərək izlədim. Hər dəfəsində baş qəhrəmanda özümdən çox şeylər kəşf edirəm. Julie, həqiqətən sanki mənim prototipim kimi yaradılmış obrazdır. Qərarsızlığı, həyatda özünə yer tapa bilməməsi, məqsədini, əslində nəyi istədiyini bilməməsi, hər bir işi yarımçıq qoyub digərinə keçməsi, atası ilə olan münasibətləri, feminist baxışları.. tək fərqimiz xəyanət mövzusundadır deyə düşünürəm, digər hər şey birə-bir eynidir. Axx, Julie, səni o qədər yaxşı anlayıram ki...

"Özümü öz həyatımın tamaşaçısı kimi hiss edirəm. Sanki həyatımın yardımçı aktyoruyam"

"Münasibətimizdəki problemin əsası da budur. Hiss etdiyimiz hər şeyi sözlərə tökməyə məcburuq. Mən bəzən bir şeyləri sadəcə hiss etmək istəyirəm"

"Səndə olan məndə də olsaydı kaşki. Əslində etməli olduğun şeyi mi edirsən deyə şübhə duymadan rəsm edə bilmək bacarığı. Mən də belə ola bilsəydim kaş ki"

"Həyatda heç bir şeyin sonunu gətirmədim sanki. Bir şeydən başqa bir şeyə keçib dayandım"

Mövzu və ssenari ilə yanaşı filmin görüntü effektləri, Oslo'nun şəhər mənzərəsi ilə təbiətinin iç-içə keçməsi insana görsəl həzz verirdi. Şəhərin soyuq görüntüsü, Julie'nin daxilində baş verənlərlə həmahəng olması və sanki baş qəhrəmanın ruh halına ayaq uydurması, hər bir detal möhtəşəm idi. Belə bir filmə görə çox sağ ol, Joachim Trier...

]]>
Könül Bəndiyeva
Jane B. by Agnès V. 2w321q 1988 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/jane-b-by-agnes-v/ letterboxd-watch-841819486 Sat, 22 Mar 2025 03:09:32 +1300 2025-03-21 No Jane B. by Agnès V. 1988 4.0 53028 <![CDATA[

Watched on Friday March 21, 2025.

]]>
Könül Bəndiyeva
Mickey 17 296tq 2025 - ★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/mickey-17/ letterboxd-watch-841717547 Fri, 21 Mar 2025 22:05:57 +1300 2025-03-21 No Mickey 17 2025 3.0 696506 <![CDATA[

Watched on Friday March 21, 2025.

]]>
Könül Bəndiyeva
The Substance 2155j 2024 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/the-substance/ letterboxd-watch-838579453 Mon, 17 Mar 2025 18:17:23 +1300 2025-03-17 No The Substance 2024 4.5 933260 <![CDATA[

Watched on Monday March 17, 2025.

]]>
Könül Bəndiyeva
RRR 3i1945 2022 - ★★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/rrr/ letterboxd-watch-835885308 Sat, 15 Mar 2025 08:17:33 +1300 2025-03-14 No RRR 2022 4.5 579974 <![CDATA[

Watched on Friday March 14, 2025.

]]>
Könül Bəndiyeva
Nightmare Alley 66584v 2021 - ★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/nightmare-alley-2021/1/ letterboxd-watch-834176861 Thu, 13 Mar 2025 03:10:42 +1300 2025-03-12 Yes Nightmare Alley 2021 3.5 597208 <![CDATA[

Watched on Wednesday March 12, 2025.

]]>
Könül Bəndiyeva
A Real Pain 5y656i 2024 - ★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/a-real-pain/ letterboxd-review-834044147 Wed, 12 Mar 2025 21:15:48 +1300 2025-03-12 No A Real Pain 2024 3.5 1013850 <![CDATA[

Polşaya getmək, oraları gəzib görmək istəyi yaratdı film..

]]>
Könül Bəndiyeva
Kung 4b6q Fu Master!, 1988 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/kung-fu-master/ letterboxd-watch-831284292 Mon, 10 Mar 2025 01:12:49 +1300 2025-03-09 No Kung-Fu Master! 1988 4.0 47429 <![CDATA[

Watched on Sunday March 9, 2025.

]]>
Könül Bəndiyeva
The Stranger z53f 2022 - ★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/the-stranger-2022/ letterboxd-watch-828350966 Fri, 7 Mar 2025 02:24:02 +1300 2025-03-06 No The Stranger 2022 3.5 848791 <![CDATA[

Watched on Thursday March 6, 2025.

]]>
Könül Bəndiyeva
Solaris 605c1l 1972 - ★★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/solaris/ letterboxd-review-823411691 Sun, 2 Mar 2025 16:25:46 +1300 2025-03-01 Yes Solaris 1972 5.0 593 <![CDATA[

Ən çox sevdiyim Tarkovski filmi🤍
Solaris'i izləyənə qədər mənim üçün ən yaxşının Зеркало olduğunu zənn edirdim..

Film peşmanlıqlarımızdan, günahkarlıq duyğularımızdan qaça bilməyəcəyimizi göstərir. Məndə Silent Hill 2 oyunu kimi təəssürat yaratdı. Chris Kelvin James Sunderland'dir sanki...

Film analizi

Musiqisi

]]>
Könül Bəndiyeva
Vagabond 2m173s 1985 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/vagabond/ letterboxd-review-819086687 Mon, 24 Feb 2025 19:34:49 +1300 2025-02-24 No Vagabond 1985 4.0 44018 <![CDATA[

Sonsuz azadlığı seçmisən, amma sonsuz yalnızlıq əldə etmisən..

]]>
Könül Bəndiyeva
BARDO fx44 False Chronicle of a Handful of Truths, 2022 - ★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/bardo-false-chronicle-of-a-handful-of-truths/ letterboxd-watch-814409336 Thu, 20 Feb 2025 04:38:42 +1300 2025-02-19 No BARDO, False Chronicle of a Handful of Truths 2022 3.5 685691 <![CDATA[

Watched on Wednesday February 19, 2025.

]]>
Könül Bəndiyeva
Ivan's Childhood m6y2d 1962 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/ivans-childhood/ letterboxd-watch-812311767 Mon, 17 Feb 2025 19:38:49 +1300 2025-02-17 Yes Ivan's Childhood 1962 4.0 31442 <![CDATA[

Watched on Monday February 17, 2025.

]]>
Könül Bəndiyeva
The Butterfly Effect 2y622 2004 - ★★★½ https://letterboxd.sitesdebloques.org/konul/film/the-butterfly-effect/1/ letterboxd-watch-811244305 Mon, 17 Feb 2025 01:51:13 +1300 2025-02-16 Yes The Butterfly Effect 2004 3.5 1954 <![CDATA[

Watched on Sunday February 16, 2025.

]]>
Könül Bəndiyeva
Mur Murs 203yy 1981 - ★★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/mur-murs/ letterboxd-watch-809927285 Sat, 15 Feb 2025 21:29:48 +1300 2025-02-15 No Mur Murs 1981 5.0 230048 <![CDATA[

Watched on Saturday February 15, 2025.

]]>
Könül Bəndiyeva
Cairo Conspiracy 62gk 2022 - ★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/cairo-conspiracy/ letterboxd-watch-808103225 Thu, 13 Feb 2025 18:34:55 +1300 2025-02-13 No Cairo Conspiracy 2022 3.0 788977 <![CDATA[

Watched on Thursday February 13, 2025.

]]>
Könül Bəndiyeva
The Steamroller and the Violin 6kw29 1961 - ★★★★ https://letterboxd.sitesdebloques.org/konul/film/the-steamroller-and-the-violin/ letterboxd-watch-798881026 Mon, 3 Feb 2025 23:19:32 +1300 2025-02-03 Yes The Steamroller and the Violin 1961 4.0 38311 <![CDATA[

Watched on Monday February 3, 2025.

]]>
Könül Bəndiyeva
Agnes Varda m33v https://letterboxd.sitesdebloques.org/konul/list/agnes-varda/ letterboxd-list-33000147 Sun, 10 Nov 2024 20:27:29 +1300 <![CDATA[

...plus 13 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
Rejissorlar haqqında filmlər 413b43 https://letterboxd.sitesdebloques.org/konul/list/rejissorlar-haqqnda-filmlr/ letterboxd-list-63512972 Wed, 14 May 2025 19:52:07 +1200 <![CDATA[

...plus 18 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
Chantal Akerman 3q6y38 https://letterboxd.sitesdebloques.org/konul/list/chantal-akerman/ letterboxd-list-63133884 Tue, 6 May 2025 02:43:22 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Carlos Reygadas 1d2s2e https://letterboxd.sitesdebloques.org/konul/list/carlos-reygadas/ letterboxd-list-62843277 Wed, 30 Apr 2025 18:59:50 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Manoel de Oliveira 5z76o https://letterboxd.sitesdebloques.org/konul/list/manoel-de-oliveira/ letterboxd-list-62757909 Mon, 28 Apr 2025 23:28:38 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Chris Marker 5q6316 https://letterboxd.sitesdebloques.org/konul/list/chris-marker/ letterboxd-list-62756077 Mon, 28 Apr 2025 22:24:36 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Alain Resnais 5z3nk https://letterboxd.sitesdebloques.org/konul/list/alain-resnais/ letterboxd-list-62590063 Fri, 25 Apr 2025 19:21:26 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Claude Chabrol 3j4n48 https://letterboxd.sitesdebloques.org/konul/list/claude-chabrol/ letterboxd-list-62590050 Fri, 25 Apr 2025 19:20:40 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Jacques Rivette 1z2e2y https://letterboxd.sitesdebloques.org/konul/list/jacques-rivette/ letterboxd-list-62590030 Fri, 25 Apr 2025 19:19:54 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva François Truffaut 30644 https://letterboxd.sitesdebloques.org/konul/list/francois-truffaut/ letterboxd-list-62589994 Fri, 25 Apr 2025 19:18:26 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Reha Erdem 4q2f5x https://letterboxd.sitesdebloques.org/konul/list/reha-erdem/ letterboxd-list-62107180 Wed, 16 Apr 2025 00:43:54 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Aki Kaurismaki 6m2m55 https://letterboxd.sitesdebloques.org/konul/list/aki-kaurismaki/ letterboxd-list-61373108 Sun, 30 Mar 2025 02:00:51 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Jacques Demy h5y1o https://letterboxd.sitesdebloques.org/konul/list/jacques-demy/ letterboxd-list-61331604 Sat, 29 Mar 2025 00:34:51 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Jim Jarmusch 5pf1c https://letterboxd.sitesdebloques.org/konul/list/jim-jarmusch/ letterboxd-list-61182559 Tue, 25 Mar 2025 07:42:40 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva 2017 filmləri 1e434e https://letterboxd.sitesdebloques.org/konul/list/2017-filmlri/ letterboxd-list-32966459 Sun, 7 May 2023 04:40:52 +1200 <![CDATA[

...plus 59 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
2013 movies 526l6j https://letterboxd.sitesdebloques.org/konul/list/2013-movies/ letterboxd-list-33000010 Wed, 17 May 2023 23:35:34 +1200 <![CDATA[

...plus 59 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
2018 movies 1a6c18 https://letterboxd.sitesdebloques.org/konul/list/2018-movies/ letterboxd-list-32865342 Tue, 11 Apr 2023 18:37:09 +1200 <![CDATA[

...plus 122 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
Luis Buñuel 4m4jf https://letterboxd.sitesdebloques.org/konul/list/luis-bunuel/ letterboxd-list-58305009 Sun, 26 Jan 2025 23:51:51 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Yasujirō Ozu 353967 https://letterboxd.sitesdebloques.org/konul/list/yasujiro-ozu/ letterboxd-list-58258948 Sun, 26 Jan 2025 08:43:01 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Luck Besson 111e10 https://letterboxd.sitesdebloques.org/konul/list/luck-besson/ letterboxd-list-58242167 Sun, 26 Jan 2025 03:32:23 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Theo Angelopoulos 486i73 https://letterboxd.sitesdebloques.org/konul/list/theo-angelopoulos/ letterboxd-list-57981276 Wed, 22 Jan 2025 05:24:05 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Lucrecia Martel 4b6y29 https://letterboxd.sitesdebloques.org/konul/list/lucrecia-martel/ letterboxd-list-57755754 Sun, 19 Jan 2025 00:26:57 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva 2012 movies 1i354l https://letterboxd.sitesdebloques.org/konul/list/2012-movies/ letterboxd-list-33222730 Thu, 18 May 2023 05:17:14 +1200 <![CDATA[

...plus 76 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
Abbas Kiarostami 61724w https://letterboxd.sitesdebloques.org/konul/list/abbas-kiarostami/ letterboxd-list-32972525 Sat, 9 Dec 2023 09:24:12 +1300 <![CDATA[

...plus 12 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
Peter Weir 1n243r https://letterboxd.sitesdebloques.org/konul/list/peter-weir-1/ letterboxd-list-53050444 Sun, 27 Oct 2024 20:27:35 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Richard Linklater 2y7268 https://letterboxd.sitesdebloques.org/konul/list/richard-linklater/ letterboxd-list-51927271 Mon, 30 Sep 2024 01:35:20 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Tövsiyə edilənlər 622j2j https://letterboxd.sitesdebloques.org/konul/list/tovsiy-edilnlr/ letterboxd-list-50732798 Fri, 30 Aug 2024 05:08:08 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Alien seriyası 4e721i https://letterboxd.sitesdebloques.org/konul/list/alien-seriyas/ letterboxd-list-50554336 Sun, 25 Aug 2024 18:25:23 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Kiyoshi Kurosawa 1u23a https://letterboxd.sitesdebloques.org/konul/list/kiyoshi-kurosawa/ letterboxd-list-49349659 Sat, 27 Jul 2024 05:20:31 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Coen qardaşları 1u3b5b https://letterboxd.sitesdebloques.org/konul/list/coen-qardaslar/ letterboxd-list-48929232 Tue, 16 Jul 2024 23:45:32 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Ari Aster 2v2l1g https://letterboxd.sitesdebloques.org/konul/list/ari-aster/ letterboxd-list-48018710 Mon, 24 Jun 2024 01:41:22 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva 2016 movies 4l255m https://letterboxd.sitesdebloques.org/konul/list/2016-movies-1/ letterboxd-list-33605781 Thu, 11 May 2023 17:40:37 +1200 <![CDATA[

...plus 77 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
Wim Wenders b6j6 https://letterboxd.sitesdebloques.org/konul/list/wim-wenders/ letterboxd-list-45557792 Mon, 15 Apr 2024 18:47:34 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Martin Scorsese 4n1837 https://letterboxd.sitesdebloques.org/konul/list/martin-scorsese/ letterboxd-list-33914808 Thu, 18 Jan 2024 02:44:12 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva 2019 movies 414246 https://letterboxd.sitesdebloques.org/konul/list/2019-movies/ letterboxd-list-32694677 Wed, 5 Apr 2023 19:28:15 +1200 <![CDATA[

...plus 90 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
Hayao Miyazaki 2u648 https://letterboxd.sitesdebloques.org/konul/list/hayao-miyazaki/ letterboxd-list-39713540 Fri, 15 Dec 2023 10:17:56 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Mohsen Makhmalbaf c1o2w https://letterboxd.sitesdebloques.org/konul/list/mohsen-makhmalbaf/ letterboxd-list-39609540 Tue, 12 Dec 2023 03:54:59 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva Masaki Kobayashi 6k176h https://letterboxd.sitesdebloques.org/konul/list/masaki-kobayashi/ letterboxd-list-39546773 Sun, 10 Dec 2023 06:31:51 +1300 <![CDATA[ ]]> Könül Bəndiyeva 2011 movies 1t83j https://letterboxd.sitesdebloques.org/konul/list/2011-movies/ letterboxd-list-33778473 Fri, 19 May 2023 19:41:27 +1200 <![CDATA[

...plus 86 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
2015 movies 213r1w https://letterboxd.sitesdebloques.org/konul/list/2015-movies/ letterboxd-list-33076540 Fri, 12 May 2023 02:07:08 +1200 <![CDATA[

...plus 83 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
2008 filmləri d7a https://letterboxd.sitesdebloques.org/konul/list/2008-filmlri/ letterboxd-list-34600549 Wed, 21 Jun 2023 00:56:14 +1200 <![CDATA[

...plus 221 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
2009 movies 372d18 https://letterboxd.sitesdebloques.org/konul/list/2009-movies/ letterboxd-list-33917856 Fri, 26 May 2023 02:51:45 +1200 <![CDATA[

...plus 100 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
2007 movies 655434 https://letterboxd.sitesdebloques.org/konul/list/2007-movies/ letterboxd-list-35195055 Thu, 13 Jul 2023 06:34:10 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Fatih Akın 3p5g1q https://letterboxd.sitesdebloques.org/konul/list/fatih-akn/ letterboxd-list-34995609 Thu, 6 Jul 2023 00:42:56 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva 2010 movies 3e1852 https://letterboxd.sitesdebloques.org/konul/list/2010-movies/ letterboxd-list-33914223 Thu, 25 May 2023 21:35:15 +1200 <![CDATA[

...plus 70 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
Andrei Tarkovsky 3h6r6 https://letterboxd.sitesdebloques.org/konul/list/andrei-tarkovsky/ letterboxd-list-34655171 Fri, 23 Jun 2023 04:12:08 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva Star Trek seriyası 36424f https://letterboxd.sitesdebloques.org/konul/list/star-trek-seriyas/ letterboxd-list-34282057 Thu, 8 Jun 2023 23:32:20 +1200 <![CDATA[

...plus 3 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
2020 movies 6v1i50 https://letterboxd.sitesdebloques.org/konul/list/2020-movies/ letterboxd-list-32693499 Wed, 5 Apr 2023 18:06:28 +1200 <![CDATA[

...plus 69 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva
Alfred Hitchcock 3n4q52 https://letterboxd.sitesdebloques.org/konul/list/alfred-hitchcock/ letterboxd-list-33744905 Thu, 18 May 2023 05:36:58 +1200 <![CDATA[ ]]> Könül Bəndiyeva 2014 movies i2432 https://letterboxd.sitesdebloques.org/konul/list/2014-movies/ letterboxd-list-33268285 Wed, 17 May 2023 18:59:00 +1200 <![CDATA[

...plus 51 more. View the full list on Letterboxd.

]]>
Könül Bəndiyeva