Könül Bəndiyeva

I escape my own reality and take refuge in the reality of others in films. But even here I still find pieces of myself..

Favorite films

  • Winter Light
  • The Turin Horse
  • The Worst Person in the World
  • Possession

All
  • Varda by Agnès

    ★★★★

  • Vertigo

    ★★★★½

  • Look Back

    ★★★½

  • Cha Cha Real Smooth

    ★★★½

More
Varda by Agnès

2019

★★★★ Liked Watched

Sinemanın nənəsi Agnes'in artıq 90 yaşı var və bu filmi ilə öz izləyicilərinə vəda edir. Filmin sonunda bizimlə sağollaşanda içimdə həqiqətən, bir qopuqluq hiss etdim, sanki öz doğma insanımı itirmişəm kimi. Yəqin ki Agnesi mənim üçün digər rejissorlardan fərqləndirən daha çox sənədli filmlər çəkməsi, fərqli-fərqli hekayələri onun öz səsindən eşitməyim, onunla yanaşı səyahətlərə çıxmış kimi olmağım oldu.
Bu film Agnes'in daha öncəki filmlərinin və yaradıcılığının öz dilindən eşitdiyimiz qısa icmalı kimidir. Fotoqrafiya ilə başladığı sənət dolu yaşamına sonralar həmçinin rejissor…

Vertigo

1958

★★★★½ Liked Watched

Hitchcock'la ilk tanışlığım bu filmlə oldu

Rejissor izləyicini filmin əvvəlindən sonuna qədər gərgin şəkildə saxlamağı yaxşı bacarır. Düzü, film son yarım saatında mənə daha maraqlı və həyəcanlı gəlməyə başladı, hekayə axını daha məntiqli şəkildə irəliləməyə başladı, türklərin "tersköşe" dediyi şey baş verdi və bu məni təəccübləndirdi. Psixoloji yönündən də bir çox şey çatdırmaq istəyən bir filmdir. Yarım xalı sonluğun sönük, absurd qalması və sanki tez-tələsik "çəkək bitsin" kimi olmasına görə kəsdim

More
Vagabond

1985

★★★★ Liked Watched

Sonsuz azadlığı seçmisən, amma sonsuz yalnızlıq əldə etmisən..

Women Talking

2022

★★★★ Liked Watched

Filmdə bəzi gerçəkliyə məntiqi olaraq uymayan məqamlar olsa da, haradasa utopik bir tərzə sahib olsa da, qadın azadlığı, qadınların onlara qarşı olunan zorakılıq və şiddətin fərqində olub bu problemi necə həll etmək üzərində birlik olub düşünmələri, öz haqq və hüquqlarına görə səs vermələri, qərar qəbul etmələri, başlarına gələn hadisələrin onları bir araya toplaması və bir-birilərini dərindən hiss edib anlamaları, bir-birilərinin dərdinə yanmaları kimi nüanslar çox gözəl işlənib. Duyğulandığım, gözlərimin dolduğu səhnələr, söhbət və dialoqlar çox oldu.
Sadəcə filmdə gördüyümüz yeganə…

159