Ghetto insider

Bizi biz edən yaşadıqlarımızdır. Bəs, əgər, yaşadıqlarımız bizi biz olmaqdan çıxarırsa, xoşbəxtliyimizə əngəl törədirsə? O zaman nə etmək olar? Təəssüf ki heç nə.
"Gün keçdi, ancaq ömür keçmədi". Həyat davam edir və buna heç nə mane ola bilmir.
Filmdə uğursuz məhəbbət xatirələrlə, keçmişi yada salmaqla verilir. Bu da filmə peotiklik, estetika qatır. Həmin dövr Azərbaycan filmlərindən seçilir. Əlbəttə ki, burada Arif Babayevin rolu olduqca böyükdür.
İndiki zamanın geniş, keçmişin isə 1:1 ekran ölçüsündə verilməsinin də əhəmiyyəti vardır. Belə ki, keçmiş…