dünyanın ən ŞOPPULU ANİMESİİİİ

3-cü dəfə yenidən baxdım. Bu ən sevdiyim animedir. Yaxşı hiss etmək istəyəndə baxılacaq şeylərdən biridir.
İlk dəfə məktəbdə oxuyanda baxmışdım. Ailədəki həyat tərzinə, atanın qızına dəstəyinə, böyük problemlərin önəmsiz hala gətirilməsinə baxdıqca ürəyim sağalırdı. Mənə heç vaxt bunlar öyrədilməmiş və göstərilməmişdi. Uşaqların cəmiyyətdə yeri və söz haqqı olmadığını görmüşdüm. Amma bu anime bütün sağlam düşüncə tərzini mənə göstərmişdi. İnsanın özü necədirsə, hamını da elə bilir. Bu anime ilə gözəl şeylərin var olduğuna şahid olmuşdum. Şizuku kimi xəyalpərəst, daima kitabxanada yatan və hekayə yazan biri olduğum üçün məktəbdə də mənə çox ilham vermişdi.
Əgər gələcəkdə ana olsam, qızıma izlədəcəyim ilk şey bu olardı.
Elçin Əfəndiyevin ssenarisi əsasında, rejissor Arif Babayev tərəfindən çəkilmiş western filmlərini, Aqata Kristi romanlarını xatırladan "Arxadan vurulan zərbə". Bəstəkar Xəyyam Mirzəzadənin əsərləri ilə bir ayrı gözəllik daşıyan filmdə ifa edirlər: Amaliya Pənahova, Yusif Vəliyev, Şahmar Ələkbərov, Adil İsgəndərov, Hamlet Xanızadə, Rafiq Əzimov, Rasim Balayev, Həsən Məmmədov və başqaları.
Film kiçik bir rayonda törədilən qətl hadisəsinin üstünün açılması ilə əlaqəlidir. Filmdə insanın yenilməz iradəsi, işləri sonuna qədər çatdırması, proseslərə punktual və məntiqi yanaşması kimi dəyərlər sərgilənir.
Filmdə canlandırılan "Qurd Cəbrayıl" xarakteri…
Ad günümü gözləmədim, ad günümdən qabaq baxdım, çünki ad günümdə baxsam, bütün günü Mustafanın incə sadəlövhlüyünə, Fəridənin yaşadığı ağır həyata görə get-gedə isinişdiyi bu kişiyə güvənəbilməməsinə (güvənsə də zamanın səhv olduğunu başa düşməsinə), Rənanın evdəki hamının (nə qədər yorulsa və əziyyət çəksə də) qayğısına qalmasına, Əlinin də saxta dostluqlarda dost sevgisini axtarmasına və yalnızlığına ağlayardım. Mustafa isə o masada əyləşən hamıdan daha "pullu" idi. Çünki onun üçün dostluq, sədaqət var idi. Sonda da yenə ağlayardım, çünki Mustafa və Əlinin tanışlığından…